Polis əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat keçirilib - FOTOLAR

Naxçıvanda polis əməkdaşları arasında silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə çempionat təşkil olunub. Avtosfer.az xəbər verir ki, Naxçıvanda polis əməkdaşları arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə çempionat keçirilib. Çempionatda muxtar respublika üzrə ərazi polis idarə, şöbələri və İdman Cəmiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Ulu Öndərə həsr olunmuş videoçarx nümayiş etdirilib. Yarışda 72 polis əməkdaşı 6 çəki dərəcəsində mübarizə aparıb, 18 əməkdaş qalib elan edilib. Komanda idman növündə Naxçıvan MR Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin əməkdaşları birinci, Mühafizə Polisinin komandası ikinci, Naxçıvan Şəhər Polis İdarəsinin komandası isə üçüncü yeri tutub. Qalib gələn əməkdaşlar medal, diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB























