“Renault” komandasının pilotu Daniel Rikkardo Bakıda qazandığı qələbəni xatırlayıb

Yarışma 8 Sentyabr 2020 20:28 Oxunub 1694
“Renault” komandasının pilotu Daniel Rikkardo Bakıda qazandığı qələbəni xatırlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Renault” komandasının hər iki pilotu Montsda (Fransa) xal qazanıb, lakin onlar belə hesab edirlər ki, qırmızı bayraq qaldırılaraq yürüş dayandırılmasaydı, daha yüksək nəticə əldə edə bilərdilər.

AZƏRTAC xəbər verir ki, bu yürüşdə 6-cı nəticə göstərmiş Daniel Rikkardo deyib: “Hədsiz dərəcədə gərgin keçən bu yürüş 2017-ci ildə Bakıda keçirilən mərhələni xatırladırdı və nəticə eyni dərəcədə gözlənilməz oldu. Mən Pyeri ilk qələbəsi münasibətilə təbrik edirəm. İndi onun necə hisslər keçirdiyini bilirəm. Bu, təsvirəgəlməz duyğulardır!

Altıncı yer heç də pis nəticə deyil. İndiki şəraitdə mən bundan artığına nail ola bilməzdim. Təhlükəsizlik maşını və qırmızı bayraqlar bizim üçün münasib olmayan məqamda ortaya çıxdı. Bütövlükdə startdan və distansiyada sürətdən razıyam, lakin indi növbəti uik-endə hazırlaşmaq lazımdır”.

Səkkizinci nəticə göstərmiş Esteban Okon deyib: “Mən qarışıq hisslər keçirirəm. Bir tərəfdən, yürüş yaxşı oldu, biz xeyli xal qazandıq. Digər tərəfdən, podiumdakı yürüşçülərə baxanda düşünürsən ki, biz də onların arasında ola bilərdik.

Mənim bəxtim gətirmədi, yürüş qırmızı bayraqlarla dayandırılanda biz pit-stop keçirməli olduq. Digər iştirakçılar isə vaxt itirmədən şinləri dəyişə bildilər.

Yürüş yaxşı keçdi. Startda mən üç rəqibimi geridə qoydum onlardan biri Piyer Qasli bu yürüşün qalibi oldu”.

Komandanın rəhbəri Siril Abitebul: “Hər iki yürüşçü əla start götürdü. Daniel Bottası qabaqladı və onun irəli keçməsinə imkan vermədi, Esteban isə bir neçə rəqibini ötüb keçdi. Lakin sonra müxtəlif insidentlər bizim mövqeyimizə mənfi təsir göstərdi, buna görə yekunda biz 6-cı və 8-ci yerlərlə kifayətlənməli olduq. Bu nəticə kefimizi pozub, lakin bəzən belə hallar olur: siz özünüz nəzarət edə bilməyəcəyiniz amillərdən asılı olursunuz.

Belə gərgin trasda ilk səkkizlikdə “Renault” mühərrikli dörd maşını görmək çox xoşdur”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh