Sürücü göstərilən hansı istiqamətdə hərəkət edə bilər? - DOĞRU CAVAB

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalib olmuş oxucunun adını təqdim edir. Sual belədir:
Sürücü göstərilən hansı istiqamətdə hərəkət edə bilər?
1) A və E
2) A, E və C
3) Yalnız A
4) A və D
5) A, C və D
Düzgün cavab: 5) A, C və D
İzahı: "Yol hərəkəti haqqında" qanunun 65-ci maddəsinin IV hissəində qeyd olunub ki, 4.1.1—4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir.
Təqdim etdiyimiz fotoda yolayrıcı qarşısına quraşdırılmış 4.1.1 nişanı (düzünə hərəkət) birinci kəsişmədə qüvvəsini itirir. Kəsişmə yerində növbəti məcburi hərəkət istiqaməti nişanı olmadığına görə sürücü kəsişmə yerini keçdikdən sonra A, C və D istiqamətləri üzrə hərəkət edə bilər.
Sualın ilk düzgün və izahlı cavabını verən Cavid Babayev adlı oxucumuz 5 manatlıq danışıq kartını qazandı. Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB











