Sürücü göstərilmiş hansı ox üzrə hərəkət edə bilər? - DOĞRU CAVAB

Avtosfer.az saytı manevr qaydası ilə bağlı yeni sualı və doğru cavabı təqdim edir:
Sürücü göstərilmiş hansı ox istiqamətləri üzrə hərəkət edə bilər?
1) A və C
2) A və D
3) Yalnız A
4) A, C və B
5) Bütün istiqamətlərə
Doğru cavab: 4) A, C və B
İzah: Yolayrıcı qarşısında heç bir qadağanedici və ya məcburedici nişan olmadığı üçün sürücü həm sağa, həm də sola dönə bilər.
Lakin yolayrıcından sonra quraşdırılmış 4.1.1 — düzünə məcburi hərəkət istiqaməti nişanı olan yerdən sola dönmək qadağan olsa da, sağa dönmək qaydalar çərçivəsindədir.
Çünki "Yol hərəkəti haqqında" Qanunun 65-ci maddəsinin V hissəsində qeyd olunub ki, 4.1.1 — düzünə hərəkəti bildirən nişan, həyətlərə və yola bitişik digər ərazilərə girmək üçün sağa dönməyi qadağan etmir.
Yanacaqdoldurma məntəqəsi yola bitişik ərazi sayıldığından, sağa dönmək qayda pozuntusu hesab olunmur.
Sualın ilk düzgün cavabını verən Nicat Əliyev adlı oxucumuz “VQ LUBE” yağları tərəfindən yağdəyişmə və yağ filtri kuponu qazandı.
Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!
Hədiyyəni əldə etmək üçün 055-491-36-86 nömrəsi ilə əlaqə saxlamağınız tövsiyə olunur.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












