Yolayrıcında kim üstünlüyə malikdir? - DOĞRU CAVAB

Avtosfer.az saytı ötən həftə 156 Evakuasiya xidmətinin təqdim etdiyi sualın doğru cavabını və qalib olmuş oxucunun adını təqdim edir. Sual belədir:
Yolayrıcında kim üstünlüyə malikdir?
1) A avtomobil
2) B avtomobil
3) Hər ikisi
4) Qaydalarda belə hal müəyyənləşdirilmədiyi üçün sürücülər öz aralarında razılığa gəlməlidir
Doğru cavab: 2) B avtomobil
İzahı: “Yol Hərəkəti Haqqında” Qanunun 42-ci maddəsinin V hissəsində qeyd olunub ki, eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Təqdim etdiyimiz fotoda dairəvi hərəkət təşkil edilmiş yolayrıcını bildirən 4.3 nişanı olmadığı üçün, sürücülər adi yolayrıclarındakı kimi hərəkət etməli olacaqlar. Yəni hər iki avtomobil eyni vaxtda manevr etdiyi üçün sağ tərəfdə olan qırmızı avtomobil üstünlüyə malikdir.
Sualın ilk düzgün və izahlı cavabını verən Cavid Babayev adlı oxucumuz 5 manatlıq danışıq kartını qazandı. Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!
Yolayrıcında keçmə ardıcıllığını göstərin - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün manevr edir? - DOĞRU CAVAB
Polis əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat keçirilib - FOTOLAR
Hansı sürücü sağa düzgün manevr edir? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - DOĞRU CAVAB
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
ABŞ-İran qarşıdurması Formula-1 yarışlarına da təsir etdi










