“2-3 günə Şuşada məktəbin bünövrəsi qoyulacaq”

“Xarıbülbül festivalında 15-dən artıq ölkənin nümayəndəsi, mədəniyyət və incəsənət xadimləri iştirak edəcək. Bizi Şuşada sürprizlər gözləyir”.
Avtosfer.az xəbər verir ki, bu sözləri Modern.az-a Şuşa rayon mədəniyyət şöbəsinin müdiri Zahid Abbasov söyləyib. O qeyd edib ki, Estoniya, Ukranya, İordaniya, Latviya, Özbəkistan, Türkmənistan və s. ölkələrdən festivala qatılanlar var: “Bu gün Xarıbülbül festivalında rəsm çəkmə müsabiqəsində iştirak etdilər. İllər sonra Şuşaya getdik, festival keçiririk. Bu, çox qürurvericidir. Festivalda böyük bir dəstə ilə yallı rəqsi təşkil olunacaq”.
Z. Abbasov pandemiya ilə bağlı təhlükəsizlik tədbirlərinin də görüldüyünü bildirib: “Şuşadakı Xarıbülbül festivalı son dəfə 1991-ci ildə keçirilmişdi. 1992-ci ilin may ayında festival təşkil olunası idi. Ancaq mənfur erməni daşnaqları tərəfindən Şuşa işğal olundu. Polad Bülbüloğlu dedi ki, Şuşa yoxdursa, Xarıbülbül festivalı da olmayacaq. Festivalda şuşalılar və musiqi kadrlarının hamısı iştirak edəcək.
Ramazan bayramından sonra Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın gəlişi gözlənilir. Sürpriz ola bilər. Bəlkə də Prezident elə festivala gələcək. Amma hər bir halda festival ərəfəsində, yaxın 2-3 günə Şuşada məktəbin bünövrəsi qoyulacaq”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












