ABŞ hökuməti ikinci pilotu süni zəka sistemi olacaq altıncı nəsil qırıcı təyyarə üzərində çalışır

Bir neçə müddət bundan öncə ABŞ-ın Hərbi Hava Qüvvələri ikinci pilot qismində süni zəka sistemini işə salmışdılar. Görünür, bu təcrübə o dərəcədə uğurlu alınıb ki, artıq hərbi təyyarələrdə də işə salınıb. Nəticədə altıncı nəsil qırıcı təyyarələrdə süni zəka sistemi əsasında fəaliyyət göstərəcək ikinci pilot işə salına bilər. Bu barədə 4pda saytı xəbər verib. ABŞ-ın hərbi mühəndisləri aktiv şəkildə altıncı nəsil qırıcı təyyarə üzərində çalışırlar. Bu cür təyyarə Next Generation Air Dominance layihəsi çərçivəsində ABŞ-ın Hərbi Hava Qüvvələri üçün yaradılır.
Məlumata əsasən təyyarə ikinci pilot qismində bir çox qəliz tapşırıqları yerinə yetirəcək süni zəka sistemini əldə edəcək. Birinci pilot ilə virtual köməkçi arasında kommunikasiyanın necə qurulacağı barəsində məlumat verilmir. Məlum olan odur ki, təyyarə üçün nəzərdə tutulmuş süni zəka pilotu ARTUµ adlı şahmat alqoritmi əsasında qurulacaq. Layihə rəhbərlərinin sözlərinə əsasən hər bir pilot öz fərdi tapşırığını əldə edəcək. Virtual köməkçi isə müxtəlif təhlükələri monitorinq etməklə yanaşı naviqasiya ilə əlaqəyə nəzarət edəcək. Bu halda əsas pilot öz diqqətini təyyarənin idarəetməsinə yönəldə biləcək.
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO












