"ADY Express" İrandan Rusiyaya quru süd və pendir nəqlinə başlayıb

“Azərbaycan Dəmir Yolları“ QSC-nin (ADY) törəmə müəssisəsi - “ADY Express” MMC-nin Azərbaycandan tranzit rejimində nəql etdiyi bir sıra yük növlərində artıb.
"Report" xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.
Məlumatda həmçinin deyilir ki, bunu ilk növbədə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçirilən yükdaşımalara aid etmək olar.
Belə ki, Astara yük terminaldan keçərək, İran-Azərbaycan-Rusiya marşrutu ilə nəql olunan süd məhsulları və meyvə yükdaşımalarında artım müşahidə olunur. "ADY Express" artıq İrandan Rusiyaya 1 000 ton quru süd və pendir nəql edib. Bununla yanaşı, şirkət 2 ay ərzində Astaradan Həştərxana 5 050 ton meyvə nəql etməyə müvəffəq olub.
Yükdaşımalar şirkətin təqdim etdiyi refsekisyalarla (refrijerator vaqonlar) həyata keçirilib. Vaqonlar Astara (İran) yük terminalında yüklənərək Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə təyinat nöqtələrinə nəql edilib.
Bununla yanaşı "ADY Express", Astara-Ələt-Xəzər Dənizi-Qazaxıstan-Tacikistan marşrutu ilə, Azərbaycandan tranzit rejimində keçməklə, İrandan Tacikistana biskvit və çay nəql edib ki, bu da həm seçilən marşrut həm də daşınan yük növündə yenilik idi. Bu yüklər də, şirkətin təqdim etdiyi refsekisyalarla daşınıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












