"ADY Express" "Qazaxıstan elektroliz zavodu”na məxsus alüminium yükünü nəql etməyə başlayıb

Fəaliyyətinin əsas istiqamətlərindən biri, Azərbaycandan keçən tranzit marşrutlarına yeni növ yüklərin cəlb edilməsi olan, Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC, ölkəmizin dəmir yollarında yaradılan geniş imkanlarından istifadə edərək, daha bir yeni növ yükü cəlb edərək, onun Azərbaycandan tranzit rejimində nəql olunmasına nail olub.
“Report” xəbər verir ki, bu barədə “ADY Express” məlumat yayıb.
Məlumata görə, bu dəfə şirkət Qazaxıstan və Gürcüstandakı tərəfdaşları ilə, Qazaxıstanın Pavlodar şəhərindən Gürcüstanın Poti limanına qədər, “Qazaxıstan elektroliz zavodu”na məxsus alüminium yükünü nəql etməyə başlayıb.
"ADY Express"in də operatorluğu ilə, Qazaxıstanın Pavlodar-Yujnıy stansiyasında örtülü vaqonlara yüklənən alüminium, Kurık limanına yola salınıb. Kurık limandan vaqonlar bərə ilə Ələt limanına çatdırıldıqdan sonra, buradan da Gürcüstanın Poti limanına yola salınıb. Yük vaqonları ümumi olaraq 4186 km məsafəni qət edərək ünvana çatdırılıb. Yük vaqonlarının tranzit vaxtı (yolda olma vaxtı), havadan asılı olaraq 10-14 gün təşkil edir.
Qeyd edək ki, bu vaxta qədər artıq 326 vaqonla, 21 488 ton alüminium yükü Qazaxıstandan Poti limanına çatdırılıb. Yaxın zamanda daha 209 vaqonla 13 585 ton həmin yükün nəql edilməsi planlaşdırılan. Layihə uzun müddətə nəzərdə tutulub.
Beləliklə Azərbaycanda nəqliyyat sahəsində yaradılan geniş infrastruktur və bunun nəticəsində yaranan logistik imkanlar iri yük sahiblərini, Azərbaycan ərazisindən keçməklə məhsullarının daşınmasına seçim etmələrinə səbəb olur. Ölkəmizin nəliyyat-logistika imkanları və potensialı, ölkəmizdən yüklərin nəqlinin əlverişliyi, daşınan yüklərin həcminin artırılmasına səbəb olur.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












