Ağdaşda 36 kilometrlik yol yenidən qurulur- FOTO

Hazırda respublikamızda kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alıb. Təbii ki, əsas məqsəd hər bir vətəndaşın sosial rifah halına müsbət təsir göstərən sənaye, turizm və kənd təsərrüfatının inkişafıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, bu layihələr çərçivəsində Ağdaş rayonunda cari ildə Qobuüstü-Yuxarı Nemətabad-Hacılar-Aşağı Nemətabad-Yenikənd-Qəribli marşrutu üzrə 36 km uzunluğa malik bir-neçə istiqamət üzrə avtomobil yolları əsaslı şəkildə 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Qara və çınqqıl örtüklü IV texniki dərəcəli Qobuüstü-Yuxarı Nemətabad-Hacılar-Aşağı Nemətabad-Yenikənd-Qəribli avtomobil yolu uzun illər istismar olunmasına baxmayaraq təmir olumadığından yolun torpaq yatağı deformasiyaya uğramış, yol geyimində çökmələr əmələ gəlmiş, istismar üçün yararsız vəziyyətə düşmüş və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranmışdır. Yolun əsaslı şəkildə təmir olunmasına ehtiyac yarandığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunmaqla bir müddətdir ki, yenidənqurma işləri start verilib.
Layihəyə uyğun olaraq marşrut boyu mövcud örtüyün sökülməsi, yararsız yol geyiminin və torpaq yatağının deformasiyaya uğramış hissələrinin qazılaraq kənara daşınması, əvəzinə karxana çınqılı tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri aparılır. Hazırda yol əsasının alt layının karxana çınqılı, üst layının isə optimal qum-çınqıl qarışığı ilə tikintisi işləri aparılır.
Yol boyu yenidənqurma işlərinə qısa müddətdir ki, başlanılmasına baxmayaraq artıq gediş-gəlişdə bundan öncə yaranan problemlər demək olar ki, aradan qaldırılıb. Çünki yol boyu yol əsası hazır olan ərazilərin asfaltlanması işləri də görülür. Yolun 200 min kv.m-dən çox sahəsinə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.
Bundan başqa avtomobil yolunun müxtəlif hissələrində yerləşən suötürücü borular uzun illər istismar olunduğundan sukeçiricilik qabiliyyəti aşağı düşdüyündən, həmçinin borularda və boru başlıqlarında sınma və çatlama halları yarandığından istismar üçün yararsız vəziyyətə düşüb. Bu üzdən yollar boyu köhnə boruların sökülməsi, əvəzinə və zəruri olan yerlərə 321 yerdə müxtəlif diametrli yeni metal və dəmir-beton suötürücü boruların quraşdırılması işləri aparılır, başlıqları dəmir-betonla inşa edilir, həmçinin mövcud 6 metr uzunluğunda suötürücü qurğunun monolit dəmir-betonla təmiri aparılır.
Tikinti işlərinin sonuncu mərhələsində 14 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün yol boyu zəruri yol nişanı və məlumatverici lövhə, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, həmçinin yolcizgi və yolgöstərici xətlər çəkiləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yüksək keyfiyyətlə aparılan yenidənqurma işləri nəticəsində yol boyu yaşayan əhali Ağdaş rayon mərkəzinə, həmçinin M4 Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması asanlaşacaq, yetişdirilən məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradılmaqla kənd təsərrüfatı inkişaf edəcək.
Namiq Musayev







DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI










