Agentlik rəsmisi: “Laçın və Şuşaya iki istiqamətdən hərəkət etmək mümkün olacaq”

Hacıqabul- Bəhrəmtəpə-Horadiz-Mincivan-Ermənistan sərhədi magistral yolunun Horadiz-Mincivan-Ermənistan sərhədinə qədər olan hissəsinin tikintisi ilə bağlı layihə hazırlanır. Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
A.Nəcəfli bildirib ki, bu yol Füzuli-Cəbrayıl-Zəngilan ərazilərindən keçəcək:
“Paralel olaraq həmin magistral yoldan Qubadlı və Laçın şəhərlərinə doğru yeni yolun inşasının layihələndirilməsi işləri aparılır. Cəbrayıl və Füzuli şəhərləri arasında da yeni yolun inşasına dair layihələndirilmə işləri aparılır. Yaxın müddət ərzində cənub istiqamətində Füzuli-Şuşa yolunun inşasından əlavə, digər yolların da inşasına start veriləcək”
O bildirib ki, qeyd olunan bütün yollar respublika əhəmiyyətli hesab olunur:
“Sözügedən yollar Azərbaycanın bir çox rayonlarını, iri yaşayış məntəqələrini birləşdirdiyi üçün respublika əhəmiyyətlidir. Bu yolların inşası ilə Laçına və Şuşaya həm şimaldan, həm də cənub istiqamətindən rahat yollarla hərəkət etmək mümkün olacaq”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












