Ankarada prospektlərdən biri Azərbaycan adlandırıldı - FOTO

Ankara Böyükşəhər Bələdiyyəsi Məclisinin qərarı ilə paytaxtın Keçiörən rayonunun Çaldıran məhəlləsindəki prospektə Azərbaycan adı verilib.
Unikal.org xəbər verir ki, bu addım Türkiyə-Azərbaycan Dərnəyinin (TÜRKAZDER) təşəbbüsü, Milliyyətçi Hərəkat Partiyasından Ankara Böyükşəhər və Keçiörən Bələdiyyələrinin Məclis üzvü Alparslan Doğanın təklifi ilə gerçəkləşdirilib.
Bələdiyyələrə rəsmi müraciətdə bildirilib ki, məqsəd – Qarabağda böyük Zəfər əldə edən qardaş Azərbaycanın adının paytaxt Ankarada əbədiləşdirilməsidir. Şəhər sakinləri Azərbaycan türklərinin kompakt yaşadığı Keçiörən rayonunun Çaldıran məhəlləsindəki prospektin Azərbaycanın şərəfinə adlandırılmasını alqışlayıblar.
Qeyd edək ki, indiyə qədər Ankarada bir sıra küçələrə Qarabağ, Naxçıvan, Qaraqoyunlu, Ağqoyunlu, prospektlərdən birinə isə Xocalı adları verilib.

Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO












