ASCO-nun “Aydın Məmmədov” kran gəmisi istismara qaytarılıb - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) ASCO-nun “Aydın Məmmədov” kran gəmisinin əsaslı təmir işləri başa çatıb.
Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan təmir müddətində 40 ton yükqaldırma qabiliyyətinə malik kran, baş və köməkçi mühərriklər, nasoslar, boru sistemləri sazlanıb, mexanizmlərin elektrik idarəetmə və qorunma sistemləri təmir olunub. Bundan başqa, fekal-çirkab su çəni yenisi ilə əvəz edilib.
Həmçinin gəmidə müasir tip VHF qəza radiostansiyaları quraşdırılıb, burada mövcud olan INMARSAT sisteminin nasaz printeri yenisi ilə əvəz edilib. Bundan başqa, kran gəmisinin Komanda Yayım Qurğusunda təmir-bərpa işləri aparılıb.
Təmir çərçivəsində dənizçilərin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalarda da zəruri işlər yerinə yetirilib.
Gəmi tərsanəyə qaldırılıb, sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gövdənin sualtı və suüstü hissəsindəki zədələnmiş sahələr dəyişdirilib, gəminin avar-sükan qurğuları, dib-yan armaturları, protektor qurğuları təmir olunub.
Təmirdən sonra kran gəmisi dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla başa çatıb və gəmi yenidən istismara qaytarılıb.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO















