Reklam

Astara dəmiryolu xəttinin çəkilməsi bizə nə verəcək?

Yeniliklər 22 Sentyabr 2015 09:54 Oxunub 1615
Astara dəmiryolu xəttinin çəkilməsi bizə nə verəcək?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Arzu Nağıyev: «Təkcə tranzitdən 5 il ərzində 50 milyon dollar xeyir götürmək olar»

«Yaxın on gündə Astarada İranla Azərbaycan nümayəndələri arasında çox mühüm görüş nəzərdə tutulub. Həmin görüşdə Astara dəmiryolu xəttinin çəkilməsi haqqında yekun müzakirələr aparılacaq». Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib. Onun sözlərinə görə, görüşdə iki ölkənin müştərək iqtisadi komissiyasının həmsədrləri iştirak edəcək: «Azərbaycan tərəfindən iqtisadiyyat və sənaye naziri, İran tərəfdən isə rabitə və informasiya naziri, eləcə də digər qurumların nümayəndələri iştirak edəcəklər”.

Məlumat üçün bildirək ki, İran və Azərbaycan arasında dəmiryolu şəbəkəsinin birləşdirilməsi barədə danışıqlar aparılır. Layihəyə əsasən, Azərbaycanın Astara şəhəri ilə İranın Astara şəhərindəki dəmiryolu xəttinin bir-birinə birləşdiriləcəyi nəzərdə tutulur. Bu dəmiryolu xətti İranı Avropaya, Rusiya və Qafqaz ölkələrini isə Fars körfəzinə birləşdirəcək. Astara-Astara dəmiryolunun uzunluğu 7 kilometr olacaq. Bu yolun 2 kilometri İran ərazisində, qalan 5 kilometri isə Azərbaycan ərazisində inşa edilməlidir.

Analitik Arzu Nağıyev aim.az-a söyləyib ki, əsas məsələ Bakı ilə Tehran arasında əvvəlcədən razılaşdırılmış layihənin Astara dəmi yolu xətti var. Bu, şimalla cənubu birləşdirən şimal cənub korridoru çərçivəsində olan layihədir:

“Əsas məsələ Qara dəniz limanları vasitəsilə Avropa, Rusiya, Orta Asiya, Qafqaz, Fars körfəzi və Hindistana qədər uzanan bir yola çıxışdır. Bununla bağlı İran nümayəndələrilə görüş baş tutmuşdu. Yeni məsələ deyil. Dəfələrlə ortaya qoyulub. Ancaq təəssüf ki, həllsiz qalırdı. Qalmasının səbəbi də Avropa və ya digər Qərb ölkələrinin İrana tətbiq etdiyi sanksiyalar idi. Artıq sanksiyaların götürülməsi istiqamətindəki addımlardan sonra şimal cənub korridoru çərçivəsində həmin layihəyə yenidən qayıdırlar. Burada da müəyyən problemlər mövcuddur. 5 km Azərbaycanın, 2 km isə İran ərazisindən keçir. Eyni zamanda yüz metrlik bir dəmiryolu körpüsü mövcuddur. Astaraçayın üstündən keçməlidir. Yəqin ki, xəttin tikintisindən sonra sözügedən məsələ öz gündəminə qayıda bilər”.

Ekspertin sözlərinə görə, bu marşurutla ildə 2 milyon ton yük daşımaq mümkün olar: “Bu həm Bakı, həm də Moskvaya sərfəli olacaq. Yəni təkcə tranzitdən 5 il ərzində 50 milyon dollara yaxın xeyir götürmək olar. Tutaq ki, İrandan gələn yük Rusiyaya gedərsə, bu Qərbə də yönələ bilər. Eyni zamanda həmin xətti Bakı-Tbilisi-Qars xəttinə də qoşmaq olar. Qərblə Şərqi birləşdirən normal bir korridor yaratmaq mümkündür. Məhz bu istiqamətdə söhbətlər gedir. İran səfirinin qeyd etdiyi məsələ də məhz bundan ibarətdir. Çünki İran prezidenti Həsən Ruhani dəfələrlə Azərbaycanı Qafqazın qapıları adlandırıb. Bununla yanaşı Bakının bu xətt vasitəsilə Fars körfəzinə çıxışını dəfələrlə qeyd edib. Bu işdə Azərbaycanı özlərinin tərəfdaşı hesab edirlər. Baltik dənizindən tutmuş Hindistana qədər Azərbaycanın və Rusiyanın əraziləri ilə tranzit yüklər daşına bilər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh