Yeni qlobal dəmir yolu layihəsi; türklər Məkkəni daha ucuz qiymətə ziyarət edəcək – RƏSMİ

Osmanlı Sultanı II Əbdülhəmid tərəfindən 1900-cü ildə əsası qoyulan və 1908-ci ildə fəaliyyətə başlayan və İstanbulu Şam, Mədinə və Məkkə şəhərləri ilə birləşdirən məşhur Hicaz Dəmir Yolunun yenidən qurulması istiqamətində mühüm addım atılıb.
Asvtosfer.az xəbər verir ki, bu barədə Türkiyənin Qaziantep şəhər bələdiyyəsinin başqanı Fatma Şahin məlumat yayıb. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Səudiyyə Ərəbistanında imzalanan memorandum çərçivəsində tarixi dəmir yolunun müasir yüksək sürətli qatar xətti kimi yenidən istifadəyə verilməsi ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb.

Məlumata görə, layihənin təxminən üç il ərzində tamamlanması nəzərdə tutulur.
Tarixə nəzər salsaq, Hicaz Dəmir Yolu Osmanlı imperiyasının ən mühüm nəqliyyat layihələrindən biri hesab olunurdu. Birinci Dünya müharibəsi illərində ərəb üsyanı zamanı dəmir yolunun bir çox hissəsi dağıdılmış, relslər və qatarlar istifadəsiz vəziyyətdə qalmışdı.
Yeni layihə çərçivəsində isə həmin marşrutun müasir standartlara uyğun yüksək sürətli qatar xətti kimi bərpası planlaşdırılır. Bildirilir ki, xətt İstanbuldan başlayaraq Qaziantepin İslahiyə bölgəsi üzərindən Yaxın Şərqin mühüm nəqliyyat dəhlizlərindən birinə çevrilə bilər.
Mütəxəssislərin fikrincə, layihə yalnız nəqliyyat baxımından deyil, həm də iqtisadi və geosiyasi əhəmiyyət daşıyır. Yeni xəttin regionda ticarət əlaqələrinin genişlənməsinə, yük və sərnişin daşımalarının sürətlənməsinə, eləcə də Türkiyənin regional logistika mərkəzi kimi rolunun güclənməsinə töhfə verəcəyi gözlənilir.
Bu xətt bərpa olunduqdan sonra Türkiyə və Suriya vətəndaşları Məkkə və Mədinəyə daha ucuz qiymətə ziyarət edə biləcəklər.
Səfər
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












