Rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə tələblərə riayət etməyən qurumlar cərimələnəcəklər - XƏBƏRDARLIQ

Azərbaycanın maliyyə sektoru üçün hazırlanacaq "anti-fraud" (fırıldaqçılıqla mübarizə) qanununun tələblərinə riayət etməyən təşkilatlar cərimə ilə üzləşə bilər. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentinin direktoru Elnur Eyvazlı deyib.
Onun fikrincə, hazırlanması gözlənilən "anti-fraud" qanunvericiliyi maliyyə sahəsində vahid tələblərin formalaşdırılmasına şərait yaradacaq:
"Bu tələblər müəyyən edildikdən sonra maliyyə sektorunun bütün iştirakçıları onlara uyğun fəaliyyət göstərməli olacaq. Minimum olaraq bir standart formalaşır və bütün maliyyə sektoru bu standartlara riayət edir. Adətən qaydalar qəbul edildikdən sonra qurumlara həmin tələblərə adaptasiya olunmaq üçün bir illik müddət ayrılır. Sonrakı ildən etibarən isə həmin tələblər əsasında yoxlamalar aparılır. İnformasiya təhlükəsizliyi qaydaları üzrə yoxlamalar necə həyata keçirilirsə, "anti-fraud" sahəsində də analoji yoxlamalar reallaşdırılacaq".
E.Eyvazlı vurğulayıb ki, yoxlamaların gedişində müəyyən edilən pozuntulara qarşı müvafiq tədbirlər görülə bilər:
"Mərkəzi Bankın bu məsələ ilə bağlı müəyyən proseduru mövcuddur. Həmin prosedurun çərçivəsində ilk növbədə xəbərdarlıq verilə, ardınca isə cərimə sanksiyaları tətbiq oluna bilər".
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












