Kirayə avtomobillər cinayət riskini artırır - "Son zəng"də təhlükəli seçim - XƏBƏRDARLIQ

“Son zəng” ərəfəsində ortaya çıxan əsas problemlərdən biri məzunların avtomobil kirayə götürərək şəhərdə təhlükəli şəkildə hərəkət etməsidir. Bir çox gənc bu günü daha “yaddaqalan” etmək üçün təcrübəsiz halda lüks və ya yüksək sürətli avtomobilləri icarəyə götürür və bu da yol hərəkəti qaydalarının pozulması riskini artırır. Nəticədə, sürət həddinin aşılması, təhlükəsizlik kəmərindən istifadə etməmək və nəqliyyat vasitəsinə nəzarətsiz davranışlar kimi hallar tez-tez müşahidə olunur. Bu isə həm sürücülərin, həm də digər yol hərəkəti iştirakçılarının həyatını təhlükə altına qoyur. Bundan əlavə, bəzi hallarda avtomobillərin bir neçə nəfər tərəfindən idarə edilməsi və ya icazəsiz dəyişdirilməsi də ciddi hüquqi və təhlükəsizlik problemləri yaradır. Ümumilikdə, “Son zəng” sevincinin faciə ilə nəticələnməməsi üçün bu prosesə həm valideynlərin, həm də məktəb və hüquq-mühafizə orqanlarının daha ciddi nəzarəti vacib hesab olunur.
Bəs şirkətlərinin sürücülük vəsiqəsi olmayan şəxslərə avtomobil kirayə etmək hüququ varmı? Sürücülük vəsiqəsi olmayan şəxs üçün avtomobil kirayə götürüldüyü və nəticədə hər hansı problem və ya qəza baş verdiyi halda, kirayəni rəsmiləşdirən şəxsi hansı cəza gözləyir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı vəkil Roman Qaraşov Redaktor.az-a açıqlamasında bildirdi ki, "Yol hərəkəti haqqında" qanunun 35-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək üçün həmin nəqliyyat vasitəsinin aid olduğu kateqoriyaya uyğun sürücülük vəsiqəsinin olması tələb olunur:
“Avtomobil kirayəsi xidməti göstərən subyektlərin, bu tələblərə zidd olaraq, sürücülük vəsiqəsi olmayan şəxsə nəqliyyat vasitəsini icarəyə verməsi Mülki Məcəllənin 700–708-ci maddələri ilə tənzimlənən icarə müqaviləsinin məqsədinə və ictimai qaydaya ziddir. Şirkət nəqliyyat vasitəsini yüksək təhlükə mənbəyi kimi idarəetmə hüququ olmayan şəxsə təqdim etməklə “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmuş olur. Bu hal İnzibati Xətalar Məcəlləsinin 335-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin sürücülük vəsiqəsi olmayan şəxsə idarəetməyə verilməsinə görə inzibati məsuliyyətin tətbiqinə əsas yaradır. Həmçinin, bu cür hərəkətlər sahibkarlıq fəaliyyəti çərçivəsində müştəri təhlükəsizliyinin təmin olunmaması kimi qiymətləndirilə bilər və şirkətin mülki məsuliyyətini, eləcə də bağlanmış icarə müqaviləsinin etibarsız sayılmasını şərtləndirə bilər.”
Həmsöhbətimiz vurğuladı ki, sürücülük vəsiqəsi olmayan şəxs üçün avtomobili rəsmi qaydada icarəyə götürən şəxsin hüquqi məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə birbaşa müəyyən edilir:
“Nəqliyyat vasitəsinin idarəetmə hüququ olmayan şəxsə verilməsi inzibati cərimə ilə nəticələnir. Əgər bu hərəkət yol-nəqliyyat hadisəsinə səbəb olarsa, İnzibati Xətalar Məcəlləsinin 342.2-ci maddəsinin tələbləri tətbiq oluna bilər. Mülki-hüquqi müstəvidə isə Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi (və ya onu idarə edən şəxs) dəymiş zərərə görə məsuliyyət daşıyır. Sığorta şirkətləri isə “İcbari sığortalar haqqında” Qanuna istinad edərək, sürücünün vəsiqəsinin olmaması səbəbindən sığorta ödənişindən imtina edə bilər və bu halda zərərin ödənilməsi yükü birbaşa avtomobili icarəyə götürən şəxsin üzərinə düşə bilər. Hadisə zamanı insan ölümü və ya sağlamlığa ağır zərər dəyərsə, Cinayət Məcəlləsinin 263-cü və ya 264-cü maddələri üzrə istintaq zamanı avtomobili bilərəkdən sürücülük vəsiqəsi olmayan şəxsə etibar edən şəxsin hərəkətləri cinayətin subyektiv tərəfi baxımından ağırlaşdırıcı hal kimi qiymətləndirilə bilər.”
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?












