Avtobusların nə vaxt gələcəyini əvvəlcədən biləcəyik - YENİLİK

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ictimai nəqliyyatda nağdsız ödəniş və yeni mobil tətbiqləri istifadəyə hazırlayır.
Belə tətbiqlərdən biri də hazırda test mərhələsində olan "MaaS" (Mobility as a Service) tətbiqidir. Mobil tətbiq vasitəsilə istifadəçilər avtobusların gəliş vaxtını real zaman rejimində izləyə biləcəklər.
Avtosfer.az xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq agentlikdən bildirilib.
Qeyd edilib ki, AYNA "MaaS" (Mobility as a Service) mobil tətbiqi sayəsində istifadəçilər avtobusların gəliş vaxtını real zamanda izləyə biləcəklər.
"Bu yenilik ictimai nəqliyyatda şəffaflıq və rahatlığı artıraraq sərnişinlərin vaxtına qənaət etməyə imkan verəcək. Hazırda layihənin beta-versiyası test olunur. Sınaqlardan sonra tətbiq ictimaiyyətin ixtiyarına veriləcək", - deyə qurumdan verilən açıqlamada qeyd olunub.
Agentlik bildirir ki, sərnişinlərə göstərilən xidmət keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə hazırda AYNA tərəfində innovativ həllər üzərində iş aparılır.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












