Xankəndidə şəhərdaxili marşurut xətləri açılır - VİDEO
Yeniliklər
18 Noyabr 2024 10:49
Oxunub 150
İşğaldan azad edilmiş ərazilərə daha bir neçə marşrut xətti fəaliyyətə başlayacaq. Avtosfer.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həmin ərazilərə yeni avtobus marşrutları müsabiqəyə çıxarılır. Xankəndidə şəhərdaxili iki marşrut xətti də olacaq.
Müsabiqədə iştirak etmək istəyən daşıyıcılar müvafiq sənədləri dekabr ayının 15-nə qədər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə təqdim etməlidirlər.
Ağcabədi-Xankəndi-Laçın və Mingəçevir-Xankəndi-Laçın marşrut xətlərinin tam fəaliyyəti Şuşadan Laçına qədər olan yol infrastrukturunun vəziyyəti və hava şəraiti nəzərə alınmaqla tənzimlənəcək.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR