AZAL-ın dəstəyi ilə Kubadan Azərbaycana növbəti həkim briqadası gətirildi - FOTO

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Kubanın paytaxtı Havanadan Bakıya xüsusi reys yerinə yetirdi.
AZAL-dan verilən məlumata görə, noyabrın 6-sı təşkil olunan xüsusi reyslə Azərbaycan hökumətinin dəvəti ilə Kubadan Azərbaycana 120 həkim çatdırılıb.
Kubadan gələn peşəkar həkimlər Azərbaycan həkimləri ilə birgə COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərində iştirak edəcəklər.
Qeyd edək ki, bu ilin iyul ayında “Azərbaycan Hava Yolları” artıq belə bir reys həyata keçirmişdir və həmin reyslə Havanadan Bakıya koronavirus infeksiyasına qarşı mübarizədə kömək göstərmək üçün bir qrup Kubalı həkim gəlib.
Aviauçuş genişfüzelyajlı “Boeing 787” tipli təyyarə vasitəsilə həyata keçirilib.
Uçuş 13 saat davam edib, Azərbaycan və Kubanın paytaxtları arasındakı məsafə 11 880 km. təşkil edib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












