AZAL Naxçıvana bilet alanlara xəbərdarlıq etdi

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reyslərin bərpa edilməsi barədə elan dərc edildikdən sonra sosial şəbəkələrdə bu istiqamətdə aviabiletlərin satışı barədə müxtəlif məlumatlar yayılmağa başlayıb.
Avtosfer.az xəbər verir ki, bu haqda “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) qeyd edilən maşrut üzrə aviabiletlərin yalnız aviaşirkətin çağırış mərkəzi vasitəsilə əldə edilməsinə çağırır. Əks təqdirdə alıcılar fırıldaqçılığın qurbanı ola bilərlər.
AZAL sərnişinlərinə xatırladıb ki, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletlərin satışı ardıcıllıq prinsipi ilə həyata keçirilir. Növbəyə qeydiyyat iki üsulla - əks əlaqə forması üzrə və ya WhatsApp mesenceri vasitəsilə həyata keçirilir.
- Bakıdan Naxçıvana reyslər üçün: • https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853919
• WhatsApp: +99455 204 65 54
- Naxçıvandan Bakıya reyslər üçün: • https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000886220
• WhatsApp: +994 60 487 30 11
Müraciət zamanı sərnişinlərdən şəxsiyyət vəsiqələrinin skan edilmiş surətlərini və geri əlaqə üçün əlaqə nömrələrini göndərmələri tələb olunacaq.
Aviaşirkət bildirir ki, həmin istiqamət üzrə aviabiletin dəyəri Azərbaycanın Tarif Şurası tərəfindən müəyyən edilmişdir və vətəndaşlar üçün bir istiqamətdə 50 manat təşkil edir.
“Azərbaycan Hava Yolları” turizm şirkətləri və ya fərdi şəxslər tərəfindən yol verilən bu cür hərəkətlərin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












