Azərbaycan Dəmir Yollarının yubiley medalı təsis ediləcək
Yeniliklər
30 Sentyabr 2020 12:19

Azərbaycan Dəmir Yollarının 140 illiyi ilə əlaqədar olaraq yubiley medalı təsis ediləcək. Avtosfer.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, Azərbaycan Dəmir Yollarının 140 illiyi ilə əlaqədar olaraq yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, fəaliyyətində yüksək nəticələr göstərən, dəmir yolu nəqliyyatı sahəsində çalışan işçilər, Azərbaycan Respublikasında dəmir yolu nəqliyyatı sahəsinin inkişafında və təkmilləşdirilməsində xüsusi xidmətləri olan şəxslər,habelə beynəlxalq tərəfdaşlar təltif ediləcək.
Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Oxunub : 1262
DİGƏR XƏBƏRLƏR
11 Noyabr 2026 11:11
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
9 Noyabr 2026 14:11
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
7 Noyabr 2026 13:45
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
6 Noyabr 2026 13:53
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
6 Noyabr 2026 12:14
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
6 Noyabr 2026 10:33
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
5 Noyabr 2026 14:41
Bakıda bu avtobuslar YENİLƏNİR
5 Noyabr 2026 13:23
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
5 Noyabr 2026 12:30
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
5 Noyabr 2026 11:48
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
4 Noyabr 2026 12:48
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
31 Oktyabr 2026 13:24
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
ŞƏRH YAZ












