Azərbaycan, Rusiya, Ukrayna, Hindistan və İran nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir
Yeniliklər
22 İyul 2020 14:03

Azərbaycan, Rusiya, Ukrayna, Hindistan, İranın iştirakı ilə iyulun 28-də beştərəfli zirvə görüşü keçiriləcək. “Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran dəmir yollarının rəhbəri Saed Rasouli Hindistanın İrandakı səfiri Qaddam Dharmendra ilə görüşdə bildirib. Onun sözlərinə görə, zirvə görüşündə beş ölkə arasında nəqliyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin yolları araşdırılacaq.
Görüşdə, həmçinin İran-Hindistan əlaqələrinin uzun tarixə malik olduğu, iki ölkə arasında bölgədə tranzit əlaqələrin inkişafı ilə bağlı danışıqların çox qənaətbəxş olduğu vurğulanıb.
İran dəmir yollarının rəhbəri qeyd edib ki, hazırda Xəzər dənizinin şərqini və qərbini birləşdirən beynəlxalq dəhlizdə, həmçinin şimal-cənub dəhlizində əməkdaşlığı üçün yaxşı vəziyyət mövcuddur: “Bu isə bölgədəki bu dəmir yolu marşrutlarından istifadə etməklə malların daşınma qiymətini azaltmaq üçün yaxşı bir fürsət və üstünlükdür”.
Xatırladaq ki, Azərbaycan, Rusiya, Hindistan, İran, Ukrayna "Şimal-Cənub" nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq edir. Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək "Şimal-Cənub" nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib.
Oxunub : 1402
DİGƏR XƏBƏRLƏR
11 Noyabr 2026 11:11
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
9 Noyabr 2026 14:11
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
7 Noyabr 2026 13:45
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
6 Noyabr 2026 13:53
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
6 Noyabr 2026 12:14
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
6 Noyabr 2026 10:33
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
5 Noyabr 2026 14:41
Bakıda bu avtobuslar YENİLƏNİR
5 Noyabr 2026 13:23
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
5 Noyabr 2026 12:30
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
5 Noyabr 2026 11:48
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
4 Noyabr 2026 12:48
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
31 Oktyabr 2026 13:24
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
ŞƏRH YAZ












