Azərbaycanda 68 min sakinin istifadə edəcəyi yol çəkilir - VİDEO
Yeniliklər
3 İyul 2020 14:08

Quba-Qonaqkənd avtomobil yolunda aparılan yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir. "Report"un verdiyi məlumata görə, tikintisi 2018-ci ilin sonlarında başlayan, 68 min sakinin yaşadığı, 66 yaşayış məntəqəsini birləşdirən və 46 kilometr olan Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulması işinin davamı olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) "5 saylı Quba Yol İstismarı İdarəs" MMC tərəfindən yolun ikinci qat üzlük asfalt örtüyünün çəkilməsinə və yol nişanlarının qoyulması, yolun xətlənməsi və çiyin bərkitmə işlərinin görülməsinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) "5 saylı Quba Yol İstismarı İdarəsi" MMC-nin direktoru Gülağa Əliyev bildirib ki, bu yol keçdiyi ərazinin relyefinə uyğun olaraq, III və IV texniki dərəcəyə uyğun şəkildə yenidən qurulur: "Müvafiq olaraq yolun torpaq yatağı 12 metr, asfalt hərəkət hissəsi 7 metr, ümumi asfalt örtüyü 12 santimetr, 7 ədəd körpü, 46 ədəd su ötürücüsü təşkil edir. Həmçinin yolun 29-30-cu kilometrliyində Təngə dərəsində ensiz hissə sərt qayaları çapmaqla genişləndirilərək 4 metrdən 10 metrə çatdırılıb. Təngə dərəsində ilboyu fəaliyyət göstərəcək obyekt tikilir ki, bu da "Qış turizmi"nin inkişafına təkan verəcək. Bununla yanaşı, Qonaqkənd qəsəbəsində yeni tikilən mədəniyyət evinin həyətinə asfalt döşənməsi, H.Əliyevin abidəsinin tikintisi və ətrafına asfalt döşənməsi işləri aparılıb. Yolun tikintisində 50 nəfərdən artıq işçi qüvvəsi və 20-dən artıq maşın və mexanizmlər işləyir. Yolun tam təhvil verilməsi cari ilin sentyabr ayına planlaşdırılıb".
Qeyd edək ki, Quba-Qonaqkənd-Şamaxı yolu respublikanın şimal və qərb hissələrini birləşdirən avtomobil yoludur. Bu yolun 46 kilometri Quba-Qonaqkənd, digər 60 kilometr hissəsi Qonaqkənd-Şamaxı yolunu təşkil edir.
Yolun Şamaxı-Qonaqkənd istiqamətindən tikintisi başlayıb, 13 kilometri Qızmeydan adlanan yerədək çəkilib.
Oxunub : 3204
DİGƏR XƏBƏRLƏR
14 Avqust 2026 14:41
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
14 Avqust 2026 13:11
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
13 Avqust 2026 15:18
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
12 Avqust 2026 15:00
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
12 Avqust 2026 10:03
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
10 Avqust 2026 17:16
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
10 Avqust 2026 13:53
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
5 Avqust 2026 12:00
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
4 Avqust 2026 15:54
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
4 Avqust 2026 15:30
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
4 Avqust 2026 14:48
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI
31 İyul 2026 21:11
Azərbaycanda avtobusda gediş haqqı məsafəyə görə hesablanacaq: Baş nazirdən QƏRAR
ŞƏRH YAZ










