Azərbaycanda adlardan istifadə ilə bağlı vacib - Yenilik

Ali Məhkəmə 24 dekabr 2025-ci il tarixdə qəbul edilmiş “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarında ilk dəfə olaraq ad hüququna dair mühüm izahlar verib.
Avtosfer.az xəbər verir ki, izahda fiziki şəxsin addan, ata adından, soyaddan, təxəllüsdən (uydurma addan) ibarət adı olmaq hüququ olduğu kimi, hüquqi şəxsin də firma, kommersiya və ya müəssisə adından ibarət ad hüququnun mövcudluğu vurğulanıb.
“Bir şəxsin adından başqa biri tərəfindən icazəsiz istifadə olunması, səhv və ya təhrif edilmiş şəkildə təqdim edilməsi, şəxsin adından istifadə etməklə aldadıcı hərəkətlər edilməsi, fiziki şəxsin adının anonimləşdirilməli (məxfiləşdirilməli) olduğu halda açıq şəkildə yayılması və sair bu kimi hüquqazidd davranışlar şəxsiyyət hüquqlarına qanunsuz müdaxilə hesab edilməklə mülki məsuliyyət yaradır.
Şəxsin adından istifadə etməklə aldadıcı hərəkətlər edilməsi dedikdə həm fiziki, həm də hüquqi şəxslərə münasibətdə edilən davranışlar, məsələn, saxta sosial şəbəkə hesabları yaradılması, müştəri cəlb etmək məqsədilə şəxsin adından istifadə edərək vizit kartı tərtib edib paylanılması, hüquqi şəxsin adında hərf dəyişikliyi edərək haqsız rəqabətə girilməsi, tanınmış tikiş fabrikinin adının əks olunduğu etiketlərin öz geyim məhsullarına yerləşdirilməsi və bu kimi digər hüquqazidd hərəkətlər başa düşülür.
Ad hüququnun pozulmasına məruz qalan şəxslər mülki qaydada tələb irəli sürərək pozuntunun tanınması, aradan qaldırılması – adın silinməsi, anonimləşdirilməsi, gizlədilməsi, ona düzəliş edilməsi və ya cavabın verilməsi, media subyektinin üzr istəməsi, hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi və sair bu kimi şəxsiyyət hüquqlarının müdafiə üsullarından istifadə edə bilərlər.
Qeyd edilən hərəkətlərə məruz qalan fiziki şəxslər bu üsullarla yanaşı, onlara dəymiş maddi və mənəvi zərərin ödənilməsini də tələb edə bilərlər.
Hüquqi şəxslər isə mənəvi zərər tələb edə bilməz, yalnız pozuntu nəticəsində onlara dəymiş maddi zərərin ödənilməsini tələb edə bilərlər”.
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə










