Azərbaycanda bu markalı yanacaq gömrük rüsumundan azad edilib

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə və “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edib. Avtosfer.az xəbər verir ki, Nazirlər Kabineti bu qərarları “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Neft Şirkəti ilə razılaşdırılmış təklifinə əsasən verib.
Aksiz dərəcələri ilə bağlı dəyişikliyə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın və KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texnoloji məqsədlər üçün kerosinin 1 tonu 80 manatdan 1 manata endirilib.
Reaktiv mühərriklər üçün digər yanacaq və digər məqsədlər üçün kerosinin 1 tonu 80 manat məbləğində qalıb.
Gömrük rüsumlarının dərəcələri ilə bağlı dəyişikliyə görə isə reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın və KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosinin gömrük rüsumu 15%-dən 0%-ə endirilib.
Hər iki qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2021-ci il yanvarın 1-dək qüvvədədir.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












