Azərbaycanda ilk dəfə dağ kombaynları istifadəyə verilib - FOTO - VİDEO

Kənd Təsərrüfatına Nazirliyinə məxsus "Aqrolizinq" ASC ilk dəfə dağ kombaynlarını yerli fermerlərin istifadəsinə verib.
Avtosfer.az xəbər verir ki, bununla ölkəmiz həm də MDB məkanında ilkə imza atmış olub.
Xatırladaq ki, bu il Prezident İlham Əliyev dağlıq ərazilərdəki əkin sahələrində biçinin həyata keçirilməsi üçün yeni dağ kombaynlarının alınmasına vəsait ayırıb. Artıq "Aqrolizinq" 25 ədəd dağ kombaynı alaraq onlardan 6-nı ölkəyə gətirib. Kombaynlar bu gün çətin relyefli sahələrdə test edilib və fermerlərə təqdim olunub. Onlar Cəlilabad rayonunun Ləzran kəndində biçin işləri aparıb. Yardımlı və Lerik rayonlarında da bu kombaynlar çalışır.
Ölkəyə gətirilən yeni nəsil "New Holland TC 5.90 HİLLSIDE" kombaynlarının gövdəsinin və biçici başlığının dağlıq sahələrdə tənzimlənə bilməsi taxıl sahələrinin genişlənməsinə səbəb olacaq. Kombaynın 6 000 lt. həcmli iri taxıl bunkeri və 5 klavişli saman-küləş silkələyici qurğusu fermerlərə təmiz və bol məhsul yığmaya kömək edəcək. Biçinə aran rayonlarından, arpa sahələrindən başlanılıb və proses demək olar ki, yekunlaşıb. Hazırda dağ rayonlarında buğda biçini, eləcə də dağətəyi sahələrdə arpa biçini həyata keçirilir.

Dağ kombaynları Cəlilabad, Yardımlı və Lerik rayonlarında işlərini bitirdikdən sonra, digər dağlıq rayonlarda (biçinin gec başladığı Gədəbəy, Daşkəsən və s. rayonlarda) fermerlərə xidmət edəcək.
Xatırladaq ki, bu il Azərbaycan ərazisində (Naxçıvan MR istisna olmaqla) 974 min hektara yaxın taxıl sahəsi mövcuddur ki, bunun 614 min hektarı buğda, 360 min hektarı isə arpa sahəsidir. Ölkə üzrə biçinə ümumilikdə 1 700-dən çox taxılbiçən kombayn cəlb olunub, bunun 710-u “Aqrolizinq”ə məxsus, 990-ı isə fiziki şəxslərə və iri təsərrüfat sahiblərinə məxsusdur. Ötən ildə oluğu kimi bu il də, “Aqrolizinq” ilk olaraq 50 hektara qədər olan taxıl sahələrinin biçilməsinə dəstək verir. Biçin qiyməti ötən il olduğu kimi 1 hektar taxıl sahəsi üçün 38 manatdan çox deyil.

Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












