Azərbaycanda pikap tipli avtomobillər istehsal olunacaq

“Azərmaş” ASC gələn il “Khazar” brendi altında pikap tipli avtomobillərin iki modelinin istehsalına başlayacaq.
Bunu “APA-Economics”ə “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.
Onun sözlərinə görə, bu avtomobillərin istehsalına gələn ilin yarısınadək başlanılacağı nəzərdə tutulur: “Ümumiyyətlə, müəssisənin istehsal prosesinə dair cari ilə bir çox planlar var idi. Lakin pandemiya səbəbindən onlar gələn ilə təxirə salındı. Planlara “Khazar” brendi altında premium sinfinə aid modellərin istehsal həcminin artırılması daxil idi ki, biz buna gələn il nail olmaq niyyətindəyik”.
ASC-nin rəhbəri əlavə edib ki, ümumilikdə, “Khazar” avtomobilləri üzrə builki istehsal həcmi təqribən ötən ilin göstəricisinə çatıb: “Cari ildə 1 800-dən çox avtomobil istehsal olunub, ötən il isə bu rəqəm 2 000-ə yaxın idi”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












