Azərbaycanda yeni məktəblər tikiləcək

Azərbaycanda yeni məktəb binalarının tikintisi ilə bağlı müvafiq işlərə başlanılır. Respublika üzrə 2 məktəbəqədər, 17 tam orta məktəb binası tikiləcək, eləcə də 2 ədəd modul tipli tam orta məktəb binası quraşdırılacaq. Avtosfer.az "Trend"ə istinadən xəbər verir ki, Sumqayıt şəhər Nizami Gəncəvi adına 1152 şagird yerlik texniki və təbiət elmləri liseyinin layihə-smeta sənədləri hazırlanacaq. Eyni zamanda Sumqayıt şəhər 27 nömrəli 1416 şagird yerlik, Xaçmaz rayonu, Hacəlibəy kənd 360 şagird yerlik, Qəbələ rayonu, Dızaxlı kənd 360 şagird yerlik, Qusar rayonu, Yasab kənd 264 şagird yerlik, Ağdam rayonu, Hafiz Əsgərov adına Quzanlı qəsəbə 720 şagird yerlik, Masallı rayonu, Xırmandalı kənd X.Məmmədov adına 792 şagird yerlik, Xızı rayon N.Allahverdiyev adına Sitalçay kənd 180 şagird yerlik, Gəncə şəhər 42 nömrəli 360 şagird yerlik, Qusar rayonu, İmamqulukənd kənd 432 şagird yerlik, Ucar rayonu, Qaracallı kənd 2 nömrəli 432 şagird yerlik, Tovuz rayonu, Hunanlar (Girzan) kənd H.Cəfərov adına 264 şagird yerlik, Sabirabad rayonu, Yolçubəyli kənd 528 şagird yerlik, Bərdə şəhər 1 nömrəli 528 şagird yerlik, Ağcabədi rayonu, Hacıbədəlli kənd 624 şagird yerlik, Hacıqabul şəhər V.Quliyev adına 6 nömrəli 432 şagird yerlik, Beyləqan rayonu, Ramiz Abbasov adına 4 nömrəli 432 şagird yerlik tam orta məktəblərin layihə-smeta sənədlərinin hazırlanması işləri aparılacaq. Bundan əlavə, Qusar rayonunun Həzrə və Qaratoba kəndlərində hərəsində bir ədəd olmaqla 90 şagird yerlik modul tipli tam orta məktəblərin, həmçinin Xızı rayonunun Giləzi və Yeni Yaşma yaşayış məntəqələrində hərəsində bir ədəd olmaqla 40 yerlik körpələr evi-uşaq bağçalarının layihə-smeta sənədləri hazırlanacaq. Məlumata əsasən, Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bununla bağlı müvafiq hazırlıqlara başlayıb. Nazirlik sözügedən işlər üzrə layihə-smeta sənədlərinin hazırlanmasının 2,8 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Azərbaycanda yeni agentlik yaradıldı - Prezidentdən FƏRMAN
Bakıda iki ünvanda minib-düşmə yeri yaradıldı - FOTO
Bu marşrutun avtobusları yenilənir - Gedişhaqqı 60 qəpik olacaq
Prezidentdən deputatla bağlı SƏRƏNCAM
Daha 3 ünvanda minib-düşmə yeri yaradıldı - FOTOLAR
Bu sürücülərin taleyi həkimin əlindədir; mənfi rəy vəsiqədən məhrum edəcək
Gündəlik, aylıq və illik biletlər: Avtobus və metroda yeni ödəniş sistemi - VİDEO
Daha bir ünvanda ödənişsiz minib-düşmə yerləri yaradıldı - FOTO
Bakı-Sumqayıt yolunda nəqliyyat axınını azaldacaq YENİ LAYİHƏ - VİDEO
Bakıda bir neçə küçədə avtomobillərin hərəkəti həmişəlik qadağan ediləcək - FOTOLAR
Bakının daha bir prospekt və küçəsində velosiped zolaqları salındı - FOTOLAR










