Azərbaycanda "YouTube" və "Instagram" istifadəçilərinin fəallığı artıb

2020-ci ilin dekabr ayında Azərbaycanda “YouTube” istifadəçilərinin fəallığı noyabr ayı ilə müqayisədə 5,6 faiz bəndi artıb.
"APA-Economics"in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, 2021-ci ilin yanvarın 1-nə “YouTube”un Azərbaycanın sosial media bazarında payı 24,8% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 14,9 faiz bəndi çoxdur. Populyarlığına görə “YouTube” ölkənin sosial media bazarında ilk dəfə olaraq birinci yerdə qərarlaşıb.
Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Instagram"dır ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı dekabr ayı ərzində 0,3 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin yanvar ayının 1-nə 24,7% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 8 faiz bəndi çoxdur.
Ötən ilin dekabr ayı ərzində ölkə üzrə "Pinterest" şəbəkəsinin istifadəçilərinin fəallığı 3,7 faiz bəndi azalıb. 2021-ci ilin yanvarın 1-nə olan məlumata görə, "Pinterest" Azərbaycan sosial media bazarında 23% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz bəndi çoxdur.
Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Facebook" – 20,5, "Twitter" – 5,58, "VKontakte" – 0,54%, “Tumblr” – 0,2%, və s.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












