Azərbaycanın istehsal etdiyi benzin və dizelin həcmi açıqlandı - FOTO

Azərbaycanda yanvar-noyabr aylarında 2 milyard 809,4 milyon manat dəyərində neft məhsulları istehsal olunub.
Avtosfer.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu göstərici əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,8 faiz azdır.
Noyabr ayı ərzində Azərbaycanda 288,9 milyon manat dəyərində neft məhsulları istehsal olunub. Ölkədə 2020-ci ilin 11 ayı ərzində 1 milyon 66,3 min ton avtomobil benzini, 1 milyon 881,3 min ton dizel yanacağı istehsal edilib. Avtomobil benzininin istehsalı 2,3 faiz artıb, dizel yanacağının istehsalı isə 1,6 faiz azalıb.
Eləcə də, neft məhsullarından neft bitumunun istehsalı 51,5 faiz, sürtkü yağlarının istehsalı 9,7 faiz artıb, ağ neftin istehsalı 14,6 faiz, neft koksunun istehsalı 17,9 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 27,3 faiz, yanacaq mazutunun istehsalı 51,7 faiz azalıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












