Badamdarda yolda aparılan təmir işləri bitib - FOTO - VİDEO

Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Səbail rayonu Badamdar qəsəbəsi ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı dövlət başçısının imzaladığı sərəncama əsasən, həmçinin 2020-ci ilin investisiya proqramına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlər həyata keçirilərək yekunlaşdırılıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, imzalanan sərəncama əsasən, həmçinin 2020-ci ilin investisiya proqramına uyğun olaraq sözügedən rayonun Badamdar qəsəbəsi üzrə 1,2 və 3-cü yaşayış massivlərində 7,8 kilometr uzunluğa malik küçə və yollarda aparılan təmir işləri artıq bitib.
Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin, torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb.
Sərəncam və proqrama uyğun olaraq, Səbail rayonu Badamdar qəsəbəsinin 1-ci yaşayış massivində ümumi uzunluğu 2,9 kilometr olan Vaqif Mustafazadə, Cənub, Mirzə Şəfi Vazeh və Natəvan küçələri, həmçinin Qəbiristanlıq yolunda, 2-ci yaşayış massivində ümumi uzunluğu 2,4 kilometr olan Bağlar döngəsi, 2 və 9-cu döngələr, həmçinin 4,5 və 11-ci küçələr, 3-cü yaşayış massivində isə ümumi uzunluğu 2,5 kilometr olan 26, 28, 30, 32 və 33-cü küçələrdə aparılan təmir işləri yekunlaşıb.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülüb və yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib və yol əsası hazırlanıb. Daha sonra isə yeni asfalt-beton örtüyü döşənib.
Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ayrılmış vəsait hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılaraq yekunlaşdırılıb.
Xatırladaq ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Səbail rayonunda ümumi uzunluğu 6 km olan 7 küçədə təmir işləri aparılıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












