Bakı-Astara dəmir yolu 2028-ci ilə qədər modernizasiya ediləcək

Bakı-Astara dəmir yolu xəttində 2028-ci ilə qədər modernizasiya işlərinin həyata keçirilməsi planlaşdırılır.
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, bundan sonra həmin istiqamətdə sərnişin daşımaları mümkün olacaq.
"Astara istiqamətində bəzi yollarımızın vəziyyəti əlavə işlərin görülməsini tələb edir. Xüsusilə ötən ilin sonunda Rusiya ilə imzalanmış saziş var ki, orada "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsindən və mövcud xəttin modernizasiyasından söhbət gedir. Biz orada işləri başa çatdırmadan, təhlükəsizliyi tam təmin etmədən sərnişinlərin daşınmasının tərəfdarı deyilik. Lakin 2028-ci ilə qədər həmin yolun modernizasiyasını nəzərdə tuturuq və həmin dövrdə artıq orada sərnişindaşımanın bərpası mümkün olacaq. Burada yeganə məhdudlaşdırıcı məsələ yoldakı cari vəziyyətdir və təhlükəsizlik baxımından modernizasiya bitmədən sərnişin qatarlarının buraxılması arzuolunan deyil", - deyə nazir müavini əlavə edib.
Horadiz-Ağbənd dəmir yolu xətti üzrə layihələndirmə işlərinin 85 faizi yekunlaşıb – EKSPERT - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI











