Bakı Beynəlxalq Avtovağzalı bayram günlərində necə işləyir? - VİDEO

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 21-dən etibarən gücləndirilmiş iş rejimində çalışır və yanvarın 5-nə qədər davam edəcək. Avtosfer.az xəbər verir ki, digər günlərlə müqayisədə daha çox sərnişin axınının olacağı nəzərə alınaraq xəttə ehtiyat avtobusları cəlb olunub. Ötən ilin statistikasına görə ən çox sərnişin sıxlığı 28,29,30 dekabr tarixlərinə təsadüf edib.
Sərnişinlərə yarana biləcək sıxlığı nəzərə alaraq biletləri bir neçə gün öncədən əldə etmələri tövsiyyə olunur.
27 və 28 dekabr tarixlərində ümumilikdə 25 mindən çox sərnişin avtovağzaldan yola salınıb. Biletləri avtovağzalın kassalarından, eyni zamanda www.avtovagzal.az saytı və mobil tətbiq vasitəsilə 10 gün öncədən 1 gün qabağa qədər əldə etmək mümkündür.
Sərnişinlər yarana biləcək hər hansı sual, sorğu və ya şikayətlə bağlı (012) 406-01-58/59 nömrəli “Məlumat Mərkəzi” nə zəng edə, eyni zamanda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin facebook səhifəsinə və ya [email protected] e-mail ünvanına yazıb müraciət edə bilərlər.
Xatırladaq ki, “Məlumat Mərkəzi” həftənin 7 (yeddi) günü səhər saat 07:00-dan 00:30-a kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı yalnız avtovağzal ərazisindən fəaliyyət göstərən avtobuslara nəzarət edir. Qeyri-qanuni sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə BBAK cavabdehlik daşımır.
Orxan
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI











