“Bakı Metropoliteni” rəsmisi: “İntervalın aşağı salınması mümkün deyil” - FOTO

Pandemiya ilə əlaqədar ölkə ərazisində ictimai nəqliyyatda kifayət qədər sıxlıq müşahidə edilir. Mövcud vəziyyətin aradan qaldırılması istiqamətində karantin rejimi çərçivəsində kifayət qədər tədbirlər görülüb. Buna baxmayaraq, sərnişin avtobuslarında, metroda sərnişin sıxlığı hələ də davam edir.
Avtosfer.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC daha dörd yeni qatar aldığına dair məlumat yayıb.
Bildirilib ki, “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsinin “Mıtışşi” vaqonqayırma zavodunda “Bakı Metropoliteni” QSC-nin sifarişi əsasında istehsal olunmuş, innovasiyalar baxımından ən müasir - dördüncü nəslə məxsus 81-765. B81-/766.B modelli 20 vaqondan ibarət dörd yeni qatar Bakıya gətirilib.
Bu qatarlar Bakı metrosunda sərnişin sıxlığının azalmasına kömək edəcək?
Məsələ ilə bağlı Oxu.Az-ın suallarını “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədli cavablandırıb. O bildirib ki, Bakı metrosunda bir aya dörd qatar yenisi ilə əvəz olunacaq:
“Bakı Metropoliteni”nin perspektiv inkişaf planında vaqon parkının müasir və sərnişinlər üçün daha rahat vaqonlar hesabına yenilənməsi də nəzərdə tutulub. “Bakı Metropoliteni” QSC-nin təsis edildiyi altı il ərzində bu istiqamətdə atılan addımların nəticəsi kimi, bu gün paytaxtın yeraltı polad magistrallarında 55 yeni qatar işləyir.
Gətirilən yeni qatarların sazlanma prosesi aparılacaq. Daha sonra sınaq mərhələsi nəzərdə tutulub. İstismar müddətini sona vurmuş dörd qatar xətdən çıxarılana qədər yenilər istismara hazır hala gətiriləcək. Yaxın bir ay ərzində dörd qatarın dəyişdirilməsi gözlənilir”.
Sərnişin sıxlığına qatarların intervalının çox olması səbəb ola bilər?
Bununla bağlı məsələyə toxunan qurum rəsmisi mövcud vəziyyətdə qatarların minimum intervalla hərəkət etdiyini deyib:
“Hazırda qatarlar ən optimal intervalda çalışır. İntervalın aşağı salınması mümkün deyil. Çünki alınan yeni qatarlardan əlavə, “Bakı Metropoliten” QSC-nin kifayət qədər ehtiyat qatarları var.
Gücləndirilmiş iş rejimində çalışdığımız üçün ehtiyat qatarlar tam hazır vəziyyətdə saxlanılır. Pandemiya ilə əlaqədar olaraq sərnişinlər arasında sosial məsafənin qorunması üçün zəruri olan bütün tədbirlər görülür.
Hazırda qatarlar iki dəqiqəlik intervalla hərəkət edir. Bu gün texniki cəhətdən mümkün olan budur”.
A
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










