Bakı-Sumqayıt yolundakı dəmiryol körpüsü yenidən qurulacaq

Bakı-Sumqayıt yolunun Xırdalan hissəsindən keçən dəmir yolu körpüsü yenidən qurulacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, körpünün dayaqları Bakı-Sumqayıt yolunun genişləndirilən hissəsinə düşür və bu da avtomobillərin hərəkətinə problemlər yarada bilər: "Bu məqsədlə körpünün dayaqlarının sökülərək yoldan kənarlaşdırılması nəzərdə tutulur. Dayaqların yoldan kənarlaşdırılması üçün körpü yenidən qurulmalıdır. Artıq körpünün yeni layihəsi hazırdır. Layihə aidiyyəti qurumlarla razılaşdırılandan sonra işlərə başlanacaq”.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığı ilə Bakı-Sumqayıt yolundakı tıxacların aradan qaldırılması ilə bağlı yolda genişləndirmə işləri aparılır. Layihəyə görə, Bakı-Quba yolunun paytaxtın "20 Yanvar" metrostansiyasından Masazır körpüsü istiqamətinə qədər olan hissəsi genişləndirilib. (Trend)
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












