Bakıda piyada keçidlərinin sayı artırılır - VİDEO

Piyadaların və avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün Bakıdakı piyada keçidlərinin sayı artırılır. Ümumilikdə 14 keçidin tikintisi nəzərdə tutulub. Hazırda 8 yerdə işlərə başlanıb. Daha 6 keçidin isə layihəsi hazırdır. Həmin keçidlər hansı ünvanlarda yerləşəcək?
Bakıda daha 6 yerdə piyada keçidi tikiləcək. Artıq keçidin yerləşəcəyi yollar müəyyən edilib və layihələndirilmə işlərinə başlanıb. Keçidlərdən biri ''Ağ Şəhər'' layihəsi çərçivəsində nobel prospektinin üzərində tikiləcək.
Avtomobil yolları dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli deyir ki, paytaxtda keçidlərin sayının artırılmasında əsas məqsəd avtomobillərin və piyadaların çox olduğu yollarda təhlükəsizliyi təmin etməkdir.
Anar Nəcəfli hazırda tikintisi davam edən keçidlər haqqında da danışıb. Bildirib ki, ümumilikdə 10 keçidin tikintisi aparılırdı. Artıq həmin keçidlərin 2-də işlər yekunlaşıb. Yerdə qalan 8 keçiddən 5-i isə may ayının sonuna qədər təhvil veriləcək.
Tiblisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşəcək keçidin də tikinti işləri start götürüb. Asma körpü görünüşlü olacaq keçid üçbucaq şəkilində olacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












