Bakıda yeni avtobus dayanacağı pavilyonları quraşdırılır - FOTO

Bakıda sərnişindaşıma infrastrukturunun təkmilləşdirilməsi davam etdirilir. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, bu çərçivədə bu ilin 6 ayında 78 ünvanda avtobus dayanacaq məntəqəsi təşkil edilib. 51 ünvanda isə dayanacaq pavilyonu quraşdırılıb ki, bunlardan da 36-sı yeni müasir tipli pavilyondur. İşlərin böyük bir qismi şəhər mərkəzindən kənarda görülüb. Bununla yanaşı Suraxanı, Sabunçu, Xəzər və Qaradağ rayonlarının ərazisində 14 ünvanda yeni dayanacaq məntəqəsinin inşası üçün zəruri işlər görülüb.
"Qeyd olunan işlər daxil olan vətəndaş müraciətləri nəzərə alınmaqla, mütəxəssislərimiz tərəfindən aparılan təhlillərin nəticələrinə uyğun olaraq həyata keçirilib", - deyə qurum bəyan edib.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












