Bakıda yeni park salınacaq

Bakıda Özbəkistan, Daşkənddə isə Azərbaycan parklarının salınması planlaşdırılır.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunmuş "Azərbaycan - Özbəkistan: İqtisadi tərəfdaşlığın vektoru" panel sessiyasında bildirib.
"Bu parklar xalqlarımız arasında dostluğun və qarşılıqlı hörmətin simvoluna çevriləcək. İyunun əvvəlində Daşkəndin meri, eyni zamanda, mənim yaxın dostum Şavkat Umurzakov Bakıda işgüzar səfərdə idi. Səfər çərçivəsində paytaxtın Ağ şəhər ərazisində Özbəkistan parkının inşa ediləcəyi əraziyə baxış keçirildi. Buna cavab olaraq, bu ayın sonunda Azərbaycan nümayəndə heyətinin Daşkəndə səfəri planlaşdırılır. Həmin səfər zamanı da Azərbaycan parkının salınacağı əraziyə baxış keçiriləcək. Bu, iki paytaxt arasında canlı mədəni körpü olacaq", - deyə o qeyd edib.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












