“BakuBus”a həvalə olunan digər xətlər üzrə də dəyişikliklər olacaq - FOTO

Son 20 gündə üç problemli marşrut xətti ilə bağlı mühüm dəyişikliyin şahidi olduq. Sərnişinlərin ən çox şikayət etdiyi 11, 24 və 30 nömrəli marşrut xətləri üzrə norma və standartlara uyğun gəlməyən köhnə avtobuslar müasir və komfortlu nəqliyyat vasitələri ilə əvəz edildi. Bakı Nəqliyyat Agentliyindən (BNA) Avtosfer.az-a verilən məlumata görə, 3 marşrut xəttinin dəyişilməsi ilə Bakıxanov, Qaraçuxur, 8-ci kilometr kimi qəsəbələrin müasir avtobuslarla şəhər mərkəzi ilə əlaqələndirməsi təmin edilib. Bunun üçün 3 marşrut xətti üzrə 60-a yaxın avtobus ayrılıb.
Dəyişikliklər pandemiya şəraitində baş verir və bu o deməkdir ki, karantin dövrünin çətinliklərinə baxmayaraq, vətəndaşların rahatlığı üçün nəzərdə tutulan tədbirlər təxirə salınmayıb.
Agentlikdən qeyd edilib ki, qarşıdakı həftələrdə müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə olunan digər xətlər üzrə də dəyişikliklər olacaq.
Namiq Musayev
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















