Beyləqan rayonunda asfaltlama işləri davam etdirilir - FOTO

Beyləqan rayonunda asfaltlama işləri davam etdirilir.
Avtosfer.az xəbər verir ki, rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmiri, asfaltlanması istiqamətində işlər uğurla aparılır.
Rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etməkdədir.
Sakinlərin müraciətləri nəzərə alınaraq, şəhid ailələri və qazilərin yaşadığı Beyləqan şəhəri Zərifə Əliyeva küçəsində yerləşən 54 mənzilli binanın ətrafında yararsız asfalt olan hissələri sökülüb texnikalarla düzləşdirilərək abadlaşdırılıb, qarşısına və ətrafına, piyada səkilərinə asfalt örtüyü döşənib.
Cari ilin əvvəlindən rayon mərkəzində icrasına start verilmiş geniş əsaslı təmir və yenidənqurma işləri çərçivəsində sakinlərin müraciətləri də nəzərə alınaraq şəhərin mərkəzində, şəhid Akif Əkbərov küçəsində yeni yolun çəkilişi başa çatdırılıb.
Bununla da şəhər sakinlərinin daha sıx yaşadığı həmin ərazidə rahat gediş-gəliş tam təmin olunub.







Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO











