Binəqədidə 30 km yol təmir edildi, daha 16.1 km yol isə təmir edilir - FOTO

Yeniliklər 30 Aprel 2020 15:45 Oxunub 1287
Binəqədidə 30 km yol təmir edildi, daha 16.1 km yol isə təmir edilir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 200 min kv.m-ə yaxındır

Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə problemlər yaranan problemlərin aradan qaldırılması istiqaməində Bakı şəhərinin Binəqədi rayonunda avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlər həyata keçirib.

Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, imzalanan sərəncama əsasən, Bakı şəhəri Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədi ilə 8.7 mln.manat ayrılmışdır.

Ölkə başçısının imzaladığı sözügedən sərəncam çərçivəsində, agentlik tərəfindən Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən və 28 May qəsəbələri ərazisində ümumi uzunluğu 30 km olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilib. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 200 min kv.m-ə yaxındır.

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

Bu Biləcəri qəsəbəsi üzrə T.Yaqubov, Vidadi, İ.Kərimov və M.S.Ordubadi küçələri, Nurlu yaşayış massivi döngə 1, Rəsulzadə qəsəbəsi üzrə O.Hacıbababəyov, C.Cabbarlı və İ.Hacıyev küçələri, Binəqədi qəsəbəsində Seyidlər, İsfahani və C.Cabbarlı küçələri, o cümlədən “Vulkan yolu” və Gülüstan küçəsi döngə 15, Xocəsən qəsəbəsi üzrə R.Allahverdiyev küçəsi və döngələri, Anadolu küçəsi və Xocəsən-Binəqədi yolu 5-ci döngə, “Baksol” yaşayış massivində Daşqınlar küçəsi 10-cu döngə, 28 may qəsəbəsi üzrə isə Şəfəq küçəsidir.

 

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülüb və yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, yeni yol əsası inşa edilib. Daha sonra yeni asfalt-beton örtüyü döşənib.

 

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ayrılmış vəsait hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılıb.

 

Növbəti mərhələdə 2020-ci ilin investisiya proqramına uyğun olaraq Binəqədi rayonu üzrə təmirə ehtiyacı olan daha 16.1 km uzunluğa malik küçə və yollarda təmir işlərinin aparılmasına start verilib.

 

Proqrama uyğun olaraq ayrılmış vəsait hesabına, sözügedən rayonun Biləcəri qəsəbəsində 8.9 km uzunluğa malik Teymur Yaqubov, Yəhya Hüseynov, Mehdi Hüseynzadə, Xudadat Məlikaslanov, Asəf Zeynallı, M.S.Ordubadi küçəsi 2 və 3-cü döngələr, Rəsuzladə qəsəbəsində ümumi uzunluğu 4.6 km olan 8 Mart, Firdovsi Vəliyev, Cəfər Cabbarlı, M.Ələkbərov, Müqtədir Aydınbəyov və Baksol küçələri, Xocəsən əsəbəsində isə ümumi uzunluğu 2.6 km olan Yeni Yol küçəsi və Qəbirstanlığa gedən yolda yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Artıq sözügedən layihə çərçivəsində Biləcəri və Rəsulzadə qəsəbəsində təmir-tikinti işlərinə start verilib. Rəsulzadə qəsəbəsində Cəfər Cabbarlı küçəsinin təmiri yekunlaşıb, 8 Mart küçəsində isə təmir işlərinə yaxın günlərdə başlanılacaq. Biləcəri qəsəbəsində isə M.S.Ordubadi küçəsi 2 və 3-cü döngələr üzrə aparılan təmir işləri yekunlaşmaq üzrədir.

Aparılan yenidənqurma işlərinin yekunlaşması ardıcıllığına uyğun olaraq, cari ilin investisiya proqramında əsaslı təmiri nəzərdə tutulan rayon üzrə adı çəkilən digər küçə və yolarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Binəqədi rayonunda 26.8 km uzunluğunda olan 30-a yaxın küçə və yola asfalt-beton örtüyü döşənib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh