BNA yeni ekspress xətlər açır: Bakı kəndlərindən birbaşa.. - VİDEO

Bu gün Bakı Nəqliyyat Agentliyində mətbuat konfransı keçirib. Avtosfer.az xəbər verir ki, Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, avqustun 5-dən etibarən 5 yeni ekspress xətt istifadəyə veriləcək. Belə ki, çimərliklərdən istifadəyə icazə verildikdən sonra BNA sərnişinlərin rahatlığını təmin etmək üçün yeniliklər edib. Buzovna, Mərdəkan, Maştağa və digər Bakı kəndlərindən şəhər mərkəzinə birbaşa ekspress avtobuslar istifadəyə veriləcək. Bu avtobuslar üçün qiymətlər 30-50 qəpik arasında dəyişəcək. Beləliklə Bakı kəndlərinin sakinləri birbaşa Gənclik metrosunun qarşına gələ biləcəklər. Ödənişlər isə kart vasitəsilə ediləcək.
Qeyd edək ki, ayrılan avtobuslar Prezident İlham Əliyevin tapşırığına əsasən alınan və sıxılmış qazla işləyən BMC markalıdır.
Təşkil olunacaq ekspres xətləri və istiqamətləri:
1. M 1 A / Q.Qarayev pros (Laçın t/m-nin qarşısı) – Gənclik m/st.
2. M2 A / Neftçilər m/st – Elmlər Akademiyası m/st
3. M 8 / Maştağa qəsəbəsi – Gənclik m/st
4. M 9 / Sea Breeze istirahət mərkəzi – N.Nərimanov m/st
5. M 10 / Mərdəkan qəsəbəsi (stansiya) –N.Nərimanov m/st.
Elmin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












