Yasamal və Ağ Şəhəri birləşdirəcək yeni marşrut xətti istifadəyə verilir - FOTO
Yeniliklər
30 Aprel 2021 14:20

Paytaxtın yeni salınan iki yaşayış massivini əlaqələndirən marşrut xətti təşkil edilib. Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Yeni 10 nömrəli marşrut xətti MİDA-Yasamal Yaşayış Kompleksi ilə Bakı Ağ Şəhər yaşayış sahəsini əlaqələndirəcək. Yeni marşrut xəttinin təşkili barədə qərar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq qəbul edilib. Xətt üzrə sərnişindaşımalar “BakuBus” MMC-nin müasir və komfortlu iritutumlu avtobusları ilə yerinə yetiriləcək. Gediş haqqı 0,30 manat müəyyən edilib və nağdsız formada “BakıKart”la ödəniləcək.
Yeni marşrut xəttinin təşkili sosial kompleksdə, eləcə də ətraf ərazilərdə yaşayan sakinlərin ictimai nəqliyyata olan tələbatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Əsas üstünlüklərdən biri bu xətt üzrə avtobuslar metronun “Xətai”, Səməd Vurğun bağı (“28 May” m\s), “Sahil”, “İçərişəhər”, “Elmlər Akademiyası” stansiyalarından da keçməklə hərəkət etməsidir. Mayın 3-dən sərnişinlər 10 nömrəli xətdən istifadə edə biləcəklər.
Qeyd edək ki, paytaxt ərazisində, xüsusən də ətraf kənd və qəsəbələr istiqamətində marşrut şəbəkəsinin optimallaşdırılması, sakinlərin marşrut tələbatının ödənilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.
Oxunub : 1728
DİGƏR XƏBƏRLƏR
11 Noyabr 2026 11:11
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
9 Noyabr 2026 14:11
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
7 Noyabr 2026 13:45
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
6 Noyabr 2026 13:53
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
6 Noyabr 2026 12:14
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
6 Noyabr 2026 10:33
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
5 Noyabr 2026 14:41
Bakıda bu avtobuslar YENİLƏNİR
5 Noyabr 2026 13:23
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
5 Noyabr 2026 12:30
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
5 Noyabr 2026 11:48
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
4 Noyabr 2026 12:48
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
31 Oktyabr 2026 13:24
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
ŞƏRH YAZ












