Britaniyada koronavirusun daha bir ştammı aşkarlanıb

İngiltərənin Yorkşir şəhərində koronavirusun yeni ştammı aşkar edilib, onun bilinən variantlardan daha çox yoluxucu olduğuna dair dəlil yoxdur.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Şeffild Səhiyyə İdarəsinin rəhbəri Qreg Fell bildirib.
“VUI-21MAY-01 ştammının yayılmasını izləyirik və digər hallarda etdiyimiz kimi, epidemiyanı ehtiyatla lokallaşdırırıq. Bu ştammın Britaniyada və ya digər ölkələrdə əvvəllər aşkar edilmiş ştamlardan daha çox yoluxucu olmasına dair heç bir dəlil yoxdur, həmçinin istifadə olunan vaksinlərin ona qarşı daha az effektiv ola biləcəyinə dair heç bir dəlil yoxdur”, - Fell jurnalistlərə deyib.
O, insanlardan təşvişə düşməməyi xahiş edib və tövsiyə olunan sanitar tədbirlərin yoluxma ehtimalını azaltmaq üçün yetərli olduğunu söyləyib.
Fellin sözlərinə görə, indiyə qədər yeni ştamm ilə 49 yoluxma hadisəsi aşkarlanıb. Onların hamısı Yorkşirdə və Hamber bölgəsində (Yorkşirin şərqi ilə həmsərhəddir) qeydə alınıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












