Bu il Azərbaycan istehsalı avtobusların ilk buraxılışı gözlənilir
Yeniliklər
20 May 2020 16:02

Zavodun inşası bitmək üzrədir
Hacıqabul Sənaye Məhəlləsində avtobus və yük avtomobilləri istehsal edəcək zavodun inşası bitmək üzrədir. Bunu “Report”a açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib. Onun sözlərinə görə, artıq zavodda avadanlıqların quraşdırılması gözlənilirdi: “Lakin bütün dünyada yayılmış koronavirus pandemiyasına görə avadanlıqların quraşdırılması təxirə salındı. İyunda avadanlıqların quraşdırılması ilə bağlı tarixlər dəqiqləşdiriləcək. Bu ilin sonuna qədər isə zavodda avtobusların ilk buraxılışı gözlənilir”.
Xatırladaq ki, 2019-cu il aprelin 19-da Hacıqabul Sənaye Məhəlləsində "Azərmaş Sənaye" MMC-nin avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib. Bu layihədə 25%-i “Azərmaş”a, 75%-i isə “Kartal Az”a məxsusdur.
Layihənin ümumi dəyəri 10 milyon avro təşkil edir. Birinci mərhələdə 6 milyon avro, ikinci mərhələ üzrə isə 4 milyon avro yatırılması planlaşdırılır. Zavodda ilkin mərhələdə 500 ədəd, ikinci mərhələdə 1 000 ədəd avtobus və yük avtomobilləri istehsal olunacaq. Bir ədəd avtobusun qiyməti modelindən asılı olaraq 135-200 min avro, yük avtomobilinin qiyməti 70-90 min avro təşkil edəcək.
Oxunub : 1670
DİGƏR XƏBƏRLƏR
11 Noyabr 2026 11:11
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
9 Noyabr 2026 14:11
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
7 Noyabr 2026 13:45
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
6 Noyabr 2026 13:53
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
6 Noyabr 2026 12:14
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
6 Noyabr 2026 10:33
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
5 Noyabr 2026 14:41
Bakıda bu avtobuslar YENİLƏNİR
5 Noyabr 2026 13:23
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
5 Noyabr 2026 12:30
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
5 Noyabr 2026 11:48
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
4 Noyabr 2026 12:48
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
31 Oktyabr 2026 13:24
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
ŞƏRH YAZ












