Bu küçədə 370 metr su xətti yenisi ilə əvəzləndi - FOTO - VİDEO

Bakı şəhəri üzrə su təchizatı infrastrukturunun müasirləşdirilməsi, sakinlərin fasiləsiz, keyfiyyətli və təhlükəsiz içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin tabeliyində olan “Sutikinti” MMC Səbail rayonunda növbəti layihə icra edib.
Avtosfer.az xəbər verir ki, layihə mövcud su şəbəkəsinin yenilənməsi, istismar müddətini başa vurmuş xətlərin əvəzlənməsi və xidmət keyfiyyətinin artırılmasına yönəlib.
Səbail rayonu, Teymur Elçin küçəsində su xətti diametri 114 millimetr, uzunluğu 370 metr polad borularla əvəzlənərək istismara verilib. Ərazidə yerləşən binaların su şəbəkəsinə 70 metr uzunluğunda 18 birləşmə qoşulub.
Təhlükəsizlik və dayanıqlığın artırılması məqsədilə 2 yanğın hidrantının yeri dəyişdirilib, 3 siyirtmə, 2 havaburaxıcı qurğu quraşdırılıb. Bütün işlər müasir texniki norma və tələblərə uyğun icra olunub.
Yenilənmiş infrastruktur su itkilərinin qarşısının alınmasına, şəbəkənin istismar dayanıqlığının artırılmasına, əhalinin gündəlik tələbatının etibarlı şəkildə ödənilməsinə imkan yaradır.






Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir












