Bugatti 300 min dollarlıq bilyard masasını hazırlayıb - FOTO

Hiperkar istehsalçısı olan Bugatti şirkəti və İspaniyanın IXO Carbon şirkəti birlikdə hazırladıqları bilyard masasını təqdim ediblər. Masanın hazırlanmasında karbon və alüminiumdan istifadə olunub.
Fransız istehsalçısı və karbon lifindən detalların buraxılması ilə məşhurlaşmış ispan IXO Carbon firması yüksək texnologiyalı və ultramüasir bilyard masasını hazırlayıblar. Masanın çərçivəsi kompüter tərəfindən idarə olunan dəzgahda alüminiumdan hazırlanır və güzgü parlaqlığına qədər cilalanır.
Bundan sonra çərçivə polivinilxloriddən əsası olan karbon lifindən hazırlanmış qabıqla ilə örtülür. Bilyard masasının vacib elementi servoötürücüləri olan avtomatik tarazlama sistemidir. Əgər masa yaxtanın göyərtəsinə quraşdırılarsa, onun hər bir ayağı gəminin titrəmələrini kompensasiya edəcək və hətta, yırğalanmalar zamanı oyun səthinin üfüqi vəziyyətdə saxlayacaqdır.
IXO Carbon fırması masanın hər bir dayağının beş milisaniyə ərzində yaxtanın hərəkətinə reaksiya verə bilən Siemens servomühərriki ilə təchiz olunduğunu söyləyir. Üstəlik sistem səssiz və titrəməz çalışır. Əlbəttə ki, bütün bunlar masanın qiymətini hissediləcək dərəcədə bahalı edir: masa 300.000 dollara başa gələcəkdir.
Xoşbəxtlikdən bu qiymətə bilyard oynamaq üçün lazım olan bütün aksesuarlar da daxildir. Bugatti və IXO Carbon şirkətləri cəmi 30 ədəd bilyard masası istehsal etməyi planlaşdırırlar.|autograph
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















