Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən qanun layihəsi hazırlanıb

Azərbaycan Respublikasının ərazisində iqtisadiyyatın və əhalinin nəqliyyat-ekspedisiya xidmətlərinə olan tələbatlarının təmin edilməsi, nəqliyyat-ekspedisiya fəaliyyətinin hüquqi və təşkilati əsaslarının müəyyən edilməsi, bu sahədə dövlət orqanları, nəqliyyat-ekspedisiya fəaliyyətinin iştirakçıları arasında yaranan münasibətlərin tənzimlənməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Qanun layihəsi hazırlanaraq, İqtisadiyyat Nazirliyinin mütəxəssiləri ilə birlikdə müzakirə olunub. Avtosfer.az xəbər verir ki, daşıyıcıların iştirakı ilə təcrübələr əsasında təkmilləşdirilən yekun layihə müvafiq dövlət prosedurlarından keçirilməsi üçün aidiyyəti üzrə təqdim edilib. Sözügedən qanun layihəsi qəbul olunduqdan sonra yükgöndərən, yükalan, ekspeditor və daşıyıcı, bir sözlə nəqliyyat-ekspedisiya fəaliyyətinin iştirakçıları arasında yaranan münasibətlər qanunla tənzimlənəcək.
Musa
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












