Ekspert: “Yeni tikilən tunellər qatarların fasiləsiz və sürətli hərəkətini təmin edir”

Abşeron dairəvi dəmir yolunun avtomobil yolları ilə kəsişməsində 15 keçidin tikintisi planlaşdırılıb. Həmin tunel tipli yolötürücülərinin 7-si artıq istismara verilib. Ümumiyyətlə, bu cür tunellərin hərəkətin təşkilindəki rolu nədən ibarətdir? Bununla bağlı dəmir yolu üzrə ekspert Yasin Mustafayev "MediaPost"a verdiyi açıqlamada yeni tikilən tunellərin və yolötürücülərin avtomobil yolunda sıxlığın aradan qaldırılmasını təmin etdiyini deyib. Onun sözlərinə görə, nəqliyyatın sürətlə və intensiv hərəkət etdiyi bütün yollarda kəsişmələrin müxtəlif səviyyəli olması arzu olunan, bəzi hallarda isə vacibdir: "Bu, həm avtomobil, həm də dəmir yolu şəbəkəsinə aiddir. Amma, bu, hər zaman təmin oluna bilmir. Əsasən də maliyyə baxımından baha başa gəldiyindən kəsişmələrin müxtəlif səviyyəli olması üçün müəyyən zaman və vəsait tələb olunur".
O bildirib ki, son zamanlar qeyd edilən məsələ ilə bağlı yeniliklərə şahid oluruq: "Yol ötürücülərinin və tunel tipli yolötürücülərinin layihələndirilməsi və inşa edilməsi istiqamətində intensiv fəaliyyət həyata keçirilir. Belə müxtəlif səviyyəli keçidlərin əhəmiyyəti təkcə təhlükəsizliyin təminatı deyildir. Eyni zamanda hərəkətin dayanmadan davam etdirilməsində böyük rolu oynayır. Yeni tikilən tunellər və yolötürücüləri avtomobil yolunda sıxlığın aradan qaldırılmasını və dəmir yollarında vaxt baxımından səmərələliyin artırılmasını, bununla da qatarların cədvələ uyğun fasiləsiz və sürətli hərəkətini təmin edir. Hər iki nəqliyyat vasitəsi bir-birinə mane olmadan hərəkətini davam etdirir. Müxtəlif səviyyəli keçidlərin inşası perspektivdə də nəzərdə tutulmalıdır. Digər istiqamətlərdə, əsasən də sürətli yollarda bu prinsipin həyata keçirilməsi vacib məsələ olmalıdır”.
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










